11 mart 2024 at 19:56
Jurnalist kodu: 5561
Xəbər kodu: 85415712
T T
0 Persons

Tags

Rəisi: Ramazanın bərəkəti ilə hegemonlara qarşı mübarizədə təsirli addımlar ataq

Tehran - İRNA - Prezident ümidvar olduğunu bildirib: Ramazan ayının xeyir və bərəkəti ilə biz hegemonların, xüsusilə qəsbkar sionist rejimin zülmü və istismarı ilə mübarizədə təsirli addımlar ata bilərik və müsəlmanların, xüsusilə məzlum və əzilmiş Fələstin xalqının, hər sahədə izzət və başıucalığının şahidi ola bilərik.

Ayətullah Seyid İbrahim Rəisi müqəddəs Ramazan ayının gəlişi münasibətilə İslam ölkələrinin başçılarını və xalqını təbrik edən mesajında müsəlmanlar arasında sülh və qardaşlığa rəğbət yaratmağı və təşviq etməyi, İslam ümməti toplumu arasında mənəvi fəzanı və vəhdəti genişləndirməyi İslam ölkələrinin başçılarının və rəhbərlərinin vəzifəsi hesab edib və aydınlıq gətirib: Bu əziz ay, bütün müsəlmanlar üçün ilahi təlimlərə, xüsusən də Qurani-Kərimə müraciət və ondan yapışaraq və səmimi dualar edərək nəfslərini və ruhlarını mənəviyyatla birləşdirmək üçün, həm özlərinin, həm də İslam cəmiyyətinin tərəqqisi üçün şərait yaratmağa gözəl fürsətdir.

O, müsəlman Fələstin xalqının mübarizəsinin davam etməsi və İslam dünyasının davamlı və ciddi dəstəyi ilə əziz Fələstinin Allahın lütfü ilə azad olacağını, Beytul-Müqəddəs və Əl-Əqsa məscidinin İslam dünyasının ağuşuna qayıdacağına əmin olduğunun bildirib. O, ümidvar olduğunu bildirib ki, bu dəyərli ayın xeyir və bərəkəti ilə və İslam ümməti arasında qardaşlıq bağlarını gücləndirmək və möhkəmləndirməklə biz İslamın dünyada nüfuz və yüksəlişinə və hegemonların, xüsusən də müqəddəs Fələstini yetmiş ildən artıq işğal etmiş və saysız-hesabsız vəhşiliklərlə yanaşı, son bir neçə ayda Qəzza zolağında 30 mindən çox məzlum insanı, xüsusilə də günahsız uşaqları qətlə yetirmiş qəsbkar sionist rejimin zülmü və istismarı ilə mübarizədə təsirli addımlar ata və müsəlmanların, xüsusilə məzlum və əzilmiş Fələstin xalqının, hər sahədə izzət və başıucalığının şahidi ola bilərik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .